IQNA

Ayətullah Həkimin cənazəsi Nəcəfdə təşyi edildi - Video | Foto

1:03 - September 06, 2021
Xəbər sayı: 3490668
İraq şiələrinin böyük təqlid mərcəsi Həzrət Ayətullah Seyid Məhəmməd Səid Həkimin cənazəsi ötən gün (5 Sentyabr 2021) Nəcəf şəhərində təşyi edilib.  

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraq şiələrinin böyük təqlid mərcəsi Həzrət Ayətullah Seyid Məhəmməd Səid Həkimin cənazəsi ötən gün (5 Sentyabr 2021) Nəcəf şəhərində təşyi edilib.  

kod

Cənazənin müşayət olunması mərasimində Nəcəf şəhər Ali Elmi Dini Hövzəsinin ustadları, tələbələri, nüfuzlu ictimai xadimlər, əşirət başçıları və xalqın müxtəlif təbəqələri iştirak ediblər.

kod

 

Həzrət Ayətullah Seyid Məhəmməd Səid Həkimin cənazəsi İmam Əlinin (ə) hərəminin yaxınlığında yerləşən "Məscidul-Hind"in həyətində, "Həkim sülaləsi"nin ailəvi məzarlığında dəfn edilib.

Xatırladaq ki, Həzrət Ayətullah Seyid Məhəmməd Səid Həkim ötən həftənin Cümə günü, 87 yaşında ikən qəlb infarktı səbəbi ilə dünyasını dəyişib. / iqna

 
 
captcha